HAQQIMIZDA

Travelon şirkəti 2019-cu ildə Natiq Hümbətov və Turan Hümbətli tərəfindən yaradılmışdır. 2019-cu ildə yeni açılan şirkətə olmağına baxmayaraq, Travelon çox uğurlu bir başlanğıc etmiş və Hindistandan, Çindən, eləcə də Ərəb ölkələrindən çoxlu turistləri qəbul etmişdir. Şirkət Azərbaycanın Turizm Agentlikləri Assosiasiyanın üzvüdür və müxtəlif kateqoriyalı mehmanxanalarda, eləcə də lüks otellərdə müqavilələri və endirimləri var. Travelon şirkəti-nin Gürcüstan və Türkiyə də tərəfdaşları və ortaqları olduğu üçün Azərbaycan və bu ölkələrlə birgə turlar cox effektiv təşkil olunur.Çinli turistlərlə xüsusi ilə maraqlı Azərbaycan Gürcüstan birgə turlar təşkil edilmişdir.Bu turları üçlü Azərbaycan Gürcüstan Türkiyə şəklində təşkil etmək planlaşdırılır.

Təsisçi

...

Natiq Hümbətov

Təsisçi və Direktor

1984-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, 2014-cü ildə Gürcüstan Humanitar Elmlər və İncəsənət Akademiyasının fəxri doktoru adına layiq görülüb. “TravelOn” şirkətinin təsisçisi və baş direktoru kimi Natiq Hümbətov turizm biznesində böyük təcrübəyə malikdir. Hələ ötən əsrin 90-cı illərində Natiq Hümbətov Gürcüstanda,Gürcüstan və Türkiyə arasında turlar təşkil eden “Berly” şirkətini yaradıb.

KOMANDAMIZ

Ən yaxşı səyahətinizi planlaşdırmağınıza kömək etməyə həmişə hazır olan peşəkar komandamızla tanış olun!

Fərahim Nəsibov

Əməliyyat Meneceri

Rezervasiya? Bələdçilər? Turlar? Transfer? Problem deyil!

Aysel Qarayeva

Tur Operator

Turizm və əməliyyat sahəsində 5 ildən çox iş təcrübəsi. Gözləntiləriniz - zəmanətimizdir!

Turan Hümbətli

Həmtəsisçi & Menecer

Biznesin idarə edilməsi və turizm sənayesində 6 ildən çox təcrübə