TURLAR

  • ÖLKƏNİ SEÇİN
  • Azərbaycan 7
  • Gürcüstan 2
  • BÜTÜN TURLAR 9
TURLARIMIZ
Qəbələ turu

Qəbələ turu

Qəbələ Azərbaycanın şimal-qərbindəki qədim şəhərdir və təbiəti kəşf etmək,xizək sürmək üçün ən yaxşı bölgələrdən biridir. Dağ yüksəkliklərini kəşf edin, Laza kəndindən 8 km məsafədə yerləşən əzəmətli Muçuq şəlaləsi ilə zehninizi və bədəninizə hüzur verin .

Şəki

Şəki

Şəki Azərbaycanın şimal-qərbində eyniadlı rayonla əhatə olunmuş şəhərdir. Böyük Qafqaz sıra dağlarının cənub hissəsində, Bakıdan 240 km aralıda yerləşir. Şəki xanının ailəsinə aid olduğu güman edilən Şaki Xan Sarayı, onun heyrətamiz freskaları, kaminləri və pəncərələri ziyarətçiləri heyran edəcək.

Qobustan qoruğu

Qobustan qoruğu

Qobustan Milli Tarix-Bədii qoruğu – Azərbaycan ərazisində,Bakı yaxınlığında arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 55 km məsafədə yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit abidələri sərgilənir. Burada mağaralar, bulaqlar və.s var.Qobustan 2007 ci il-də UNESCO tərəfindən Ümumdünya Mədəni İrsi kimi qəbul edilmişdir.

Şahdağ turu

Şahdağ turu

Şahdağ xizək kurortu sizə Şahdağda xizək sürməkdən, dağ kurortundan və əyləncə parkından həzz almağa imkan verəcək. O, Azərbaycanda Böyük Qafqazda, təmiz ekoloji sistemi, toxunulmamış flora və faunası ilə tanınan Şahdağ Milli Parkının yanında yerləşir. Bu, Azərbaycanda ilk və ən böyük xizək kurortudur. Şahdağda qış mövsümü qar şəraitindən asılı olaraq dekabrın ikinci yarısında başlayır və aprelin əvvəllərində başa çatır.

Atəşgah

Atəşgah

Atəşgah-Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, alov məbədidir.

Yanardag

Yanardag

Yanardağ — Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi.

Bakı Turu

Bakı Turu

İçəri şəhər turu -Qız qalası, -Şirvanşahlar sarayı, -Karvansaray, -Nizami küçəsində gəzinti, -Bakı Bulvarı -Xalça Muzeyləri -Dar su yolları ilə kiçik Venesiya.

Tbilisi

Tbilisi

Tbilisinin görməli yerlərini və tarixi abidələrini bizimlə ziyarət edin!

Batumi

Batumi

Batumi Gürcüstanın Qara dənizinin incisidir.